Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

MTN generalının həbs etdiyi şəxs məhkəmədən azadlığa buraxıldı

19:25  |    08 May 2017  |   E-mail  |  Çapa göndər

Keçən il ləğv olunan MTN əməkdaşları tərəfindən həbs edilən 1980-ci il təvəllüdlü Musayev Rəhman Sahib oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesinə heç bir səbəb göstərilmədən media nümayəndələri buraxılmayıb.

Bildirilib ki, hakim İradə Həsənzadə göstərişinə əsasən jurnalistlər zala buraxılmayıb.

Qapalı keçirilən prosesdə hökmə oxunub. Hakimlər kollegiyasınım hökmünə əsasən, Rəhman Musayevə şərti cəza verilib və məhkəmə zalından buraxılıb.

Qeyd edək ki, Rəhman Musayev Cinayət Məcəlləsinin 271 (kompüter sisteminə qanunsuz daxil olma), 177 (oğurluq) və s. maddəsi ilə ittiham edilib. O, xarici vətəndaşların bank hesabından pul oğurlamaqda təqsirli bilinib. Bununla bağlı MTN-in ictimaiyyətlə əlaqələr şöbəsi 2012-ci ildə məlumat yayıb.

Lakin prosesdən sonra azadlığa çıxan R. Musayevin qohumlar qeyd edirlər ki, o, MTN-in Baş İstintaq şöbəsinin rəisi olmuş general Mövlam Şıxəliyevin qurbanlarından olub.

Mövlam Şıxəliyev R.Musayevin azadlığa buraxılması üçün onun ailəsindən 1 milyon manat tələb edib. Musayevin ailəsi Yasamal rayonunda olan mənzillərini satıblar. R.Musayevin azadlığa buraxılması üçün ailəsindən 200 min manat alınsa da o, azadlığa buraxılmayıb.

Qohumların dediyinə görə, onlardan pul tələb edənlərdən biri də nazirliyin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovdur. O, təqsirləndirilən şəxslərin ailəsindən 30 min manat rüşvət alıb.

Tutulan şəxsin yaxınları bildirib ki, R.Musayevin "Azəriqazbank"da hesabı olub. O, xarici vətəndaşla birlikdə sahibkarlıqla məşğul olub.

MTN-ə çağırılan R.Musayevdən qazandığı pulların, bank hesabında olan vəsaitin haradan alınması soruşulub. Musayevin ailəsinə məxsus bağ evinə və digər əmlaklarına həbs qoyulub.

R.Musayevə MTN-də bildirilib ki, o, qanunsuz əməllərlə ələ keçirdiyi vəsait hesabına bağ evi tikdirib. Amma R.Musayevin ailəsi bağ evini 2004-cü ildə inşa etdirdiklərini bildirirlər. R.Musayev isə 2010-cu ildən işləməyə başlayıb.

Ailə başına gətirilən bu faciə ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Həmçinin onu da qeyd edək ki, bu hadisələr zamanı Ramin Musayevin atası Sahib Musayev dünyasını dəyişib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.06.2019
Ər-arvad və qayın saxlanıldı - Astarada şok cinayət
17.06.2019
Sabahın HAVA PROQNOZU
16.06.2019
Pənah Hüseyn sosial şəbəkədən Surət Hüseynova od püskürdü: “... Qələr eləyir, başını...”
16.06.2019
Sabahın hava PROQNOZU
16.06.2019
Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ