Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

Misir Tərcümə Mərkəzinin direktoru Azərbaycan Tərcümə Mərkəzində

18:16  |    08 May 2017  |   E-mail  |  Çapa göndər

Mayın 5-də Misir Milli Tərcümə Mərkəzinin direktoru cənab Ənvər Moğis ARNK yanında Tərcümə Mərkəzində olub.


Kulis.az xəbər verir ki, görüş zamanı Tərcümə Mərkəzinin ərəb ədəbiyyatına diqqətindən, bu qurum tərəfindən müxtəlif dövrlərdə məşhur ərəb yazıçıları Nəcib Məhfuz, Mahmud Teymur, İhsan Abdul Quddusun əsərlərinin tərcümə edilərək Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb. Daha sonra Azərbaycan-Misir ədəbiyyatları arasında ədəbi əlaqələrin qurulması üzrə hər iki Mərkəzin birgə təşkilatçılığı ilə həyata keçirilən layihələr, həmçinin bu ilin mart ayında Qahirədə işıq üzü görmüş irihəcmli “Müasir Azərbaycan hekayəsi” kitabının, eləcə də ayrı-ayrı yazıçıların kitablarının digər ərəb ölkələrində nəşri və təqdimatı məsələlələri müzakirə olunub.

Ənvər Moğis: “Bu gün Azərbaycanın dünyaya, dini dözümlüyün, xalqlararası qarşılıqlı anlaşmanın bünövrəsini qoyan aparıcı ölkə kimi bir model olaraq təqdim edilməsinin bir əsaslı istiqaməti də Azərbaycan ədəbiyyatının dünyaya tanıdılmasıdır. Bir xalq haqqında, onun milli düşüncəsi, məişəti, mənəvi dayaqları haqqında məlumat əldə etmək üçün, əlbəttə ki, ilk növbətə onun ədəbiyyyatına müraciət olunur. Bu mənada Mərkəzinizin gördüyü işlər təqdirəlayiqdir”.

Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan, ərəb dilində “Azərbaycan xalqının tarixi, yaxud tərcümeyi-halı” və İslam Həmrəyliyi ili münasibətilə tərtib edilmiş “Azərbaycan-ərəb dili danışıq kitabçası” təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Mir Şahinin vaxtı: Gəncə işi ilə bağlı şok dəlillər - VİDEO
19.08.2019
Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
19.08.2019
Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başlayıb
19.08.2019
İqbal Məmmədov "Relax”dakı davadan danışdı
19.08.2019
Sabahın HAVA PROQNOZU - 37 dərəcə isti