Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Ümummilli lider Heydər Əliyevin irsi UNEC-də təbliğ olunur

16:50  |    08 May 2017  |   E-mail  |  Çapa göndər

Mayın 5-də UNEC-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. “Azərbaycan Respublikasında effektiv xarici ticarət siyasəti rejiminin tətbiqi: problemlər və perspektivlər” mövsuna həsr olunan tədbirdə UNEC-in professor-müəllim heyəti ilə birlikdə iqtisadiyyat nazirinin müavini Sahil Babayev də iştirak edib.

Tədbir iştirakçıları Ümummilli liderin universitetdə ucaldılan büstü önünə gül dəstələri qoyaraq, Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bu barədə QAZİLER.AZ-a UNEC-dən məlumat verilib.

Tədbirdə Ümummilli liderə həsr edilən “Dahi şəxsiyyət” adlı sənədli filmi nümayiş olunub. UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, həyatını xalqına, Azərbaycanın inkişafına həsr edən dahi şəxsiyyət ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verib. Məhz Ulu öndərin rəhbərliyi ilə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib. Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Ş.Əsgərov Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və gənc nəslə ötürülməsi məqsədilə UNEC-də mütəmadi olaraq konfranslar, seminarlar təşkil olunduğunu diqqətə çatdırıb.



İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib. Ölkə Prezidenti tərəfindən yürüdülən iqtisadi siyasətin əsas hədəflərinı açıqlayıb. Bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, ixrac potensialının genişləndirilməsi və qeyri-neft sektoru məhsullarının ixrac həcminin artırılması bu gün ölkə iqtisadiyyatının prioritet istiqamətlərindəndir. 2017-ci ilin birinci rübündə Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracının ötən illə müqayisədə 32,5 faiz artdığını diqqətə çatdıran nazir müavini, sahibkarların istehsal etdiyi məhsulların xarici bazarlara ixrac olunması üçün bütün şəraitin yaradıldığını vurğulayıb. Azərbaycanın turizm, kənd təsərrüfatı və digər qeyri-neft sahələrində önəmli işlər görüldüyünü, əlverişli biznes mühitinin yaradılğını diqqətə çatdırıb.

Beynəlxalq İqtisadiyyat kafedrasının müdiri, professor İrşad Kərimli “Azərbaycanın ixrac əməliyyatlarının valyuta təhlükəsizliyi” mövzusunda çıxış edib. İxracın valyuta tənzimlənməsinin ilkin şərtlərini, respublikanın idxal-ixrac əməliyyatlarında valyuta tənzimlənməsinin yeni xüsusiyyətlərini və səmərəli amillərini açıqlayıb.

“Müasir dövrdə Azərbaycanın qeyri-neft ixrac potensialının yüksəldilməsi istiqamətləri” mövzusu ilə çıxış edən UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnsitutunun elmi katibi Rəfail Rzayev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı təkliflər verib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olan UNEC-in 94 nəfər əməkdaş və tələbəbəsinə partiyanın biletləri təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...