Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Türkiyəli deputatlar Quba Soyqırımı Kompleksində

14:56  |    08 May 2017  |   E-mail  |  Çapa göndər

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Türkiyə nümayəndə heyətinin bir qrupu üzvü Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Lent.az-ın məlumatına görə, kütləvi soyqırımı məzarlığını ziyarət edənlər arasında qardaş ölkə parlamentinin deputatları, bələdiyyə sədrləri və digər rəsmi şəxslər yer alıblar. Qonaqları müşayiət edən millət vəkili Qənirə Paşayeva ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumat verib.

Türkiyəli qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Çanaqqaladan olan deputat İsmayıl Kaşdemir türklərin hər kəsə humanist davrandıqlarını deyib: “Bizim tariximizdə heç bir qara ləkə yoxdur. Amma təəssüf ki, vaxtaşırı bizə qarşı düşmənçilik mövqeyi ortaya qoyulub, hücumlara məruz qalmışıq. Amma biz türklər necə ki Çanaqqalada, Qubada bir araya gəlib Vətənini şərəflə müdafiə etmişiksə, bundan sonra da torpaqlarımız uğrunda yorulmadan mübarizə aparacağıq”.

Türkiyə millət vəkili Mevlüt Akgün, Mustafa Araç, Ankara Qızılcahamam bələdiyyəsinin başqanı Muhittin Güney, Ankara Xocalı Soyqırımı muzeyinin direktoru Zeliha Uğurlu qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və Xocalı Soyqırımı həqiqətləri kimi Quba Soyqırımı həqiqətlərinin də dünyaya daha geniş çatdırılmasında yanınızdayıq deyiblər.

Türkiyəli qonaqlar 1802-ci ildə tikilən və özünəməxsus memarlıq üslubuna malik Cümə məscidində də olublar. Bildirilib ki, bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olub. Nümayəndə heyəti şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalçaların toxunması prosesini də izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib. Sonra qonaqlar Quba rayon icra başçısının 1-ci müavini Yusif Abidov, Quba rayon icra başçısının müavini Bayramova Rəxşəndə və Quba ictimaiyyətinin bir sıra fəalları ilə görüşüblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.06.2019
Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir - Müdafiə naziri
17.06.2019
Ər-arvad və qayın saxlanıldı - Astarada şok cinayət
17.06.2019
Sabahın HAVA PROQNOZU
16.06.2019
Pənah Hüseyn sosial şəbəkədən Surət Hüseynova od püskürdü: “... Qələr eləyir, başını...”
16.06.2019
Sabahın hava PROQNOZU