Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6524

Digər sorğular

Ekologiyanı pozanlar 63 min manat cərimələnib

14:43  |    08 May 2017  |   E-mail  |  Çapa göndər

16-30 aprel tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.


ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 158 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 35 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 56 iş üzrə 63600 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 45079,44 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 268 iş üzrə 53132,16 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 28, icra qurumlarına 24, məhkəmələrə isə 5 iş göndərilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.10.2019
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb
21.10.2019
Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan psixoloqa 3 il həbs cəzası istənilib
21.10.2019
Onlara “Xalq artisti” fəxri adı verildi (SİYAHI)
21.10.2019
Sabaha olan hava proqnozu açıqlanıb
21.10.2019
Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi, Oqtay Şirəliyevsə...