Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

Həftənin ilk iş gününə olan hava proqnozu açıqlandı

17:38  |    07 May 2017  |   E-mail  |  Çapa göndər

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaziler.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.

Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə 13-15° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, mayın 8-də hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Mir Şahinin vaxtı: Gəncə işi ilə bağlı şok dəlillər - VİDEO
19.08.2019
Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
19.08.2019
Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başlayıb
19.08.2019
İqbal Məmmədov "Relax”dakı davadan danışdı
19.08.2019
Sabahın HAVA PROQNOZU - 37 dərəcə isti