Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Azərbaycanda gözübağlı bərbər hər kəsi mat qoydu - VİDEO

23:47  |    06 May 2017  |   E-mail  |  Çapa göndər

24 yaşlı Goranboyun Qızılhacılı kənd sakini Afiq İsgəndərov 7 ildir ki, sözügedən kənddə bərbər işləyir.

Qaziler.az “ARB TV”yə istinadən xəbər verir ki, onu həmkarlarından qeyri-adi bacarığı fərqləndirir. Məsələ ondadır ki, Afiq müştərilərin saçını gözü bağlı kəsir. Goranboylu usta qeyri-adi bacarığı ilə bölgədə bir ilk reallaşdırdığını deyir.

Afiq İsgəndərov (bərbər): "3 ildir gözübağlı saç qırxmağı hobbi kimi edirəm. Təzə vaxtı öyrənəndə çətinliklərim oldu. Başqalarından seçilmək üçün bu yola əl atdım. Sonra gördüm ki, alınır. Ülgüclə, maşınla, qayçıyla hər şeylə rahat işləyirəm".

Afiq o qədər iddialıdır ki, hətta gözlərini müştəriyə bağlatdırır. Həm qayçı, həm də maşınla rahat işləyən bərbər müştərinin saçını kəsərkən əlləri ilə onu hiss etdiyini və formanı ona uyğun müəyyənləşdirdiyini deyir. Gənc bərbərin gözlərini bağlayıb ondan uyğun saç stilini tələb edənlər də nəticədə onun işindən razı qaldıqlarını bildirirlər. Gənc usta deyir ki, gələcəkdə nə vaxtsa bərbərlər arasında belə bir yarışma keçrilərsə, o yarışda öz bacarığını nümayiş etdirəcək.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Rəqs edən” ayının görüntüləri güldürdü - VİDEO
28.05.2020
İngiltərədə dördyaşlı vunderkind üç dildə yazmağı öyrənib - FOTO
25.05.2020
Ölmüş yaxınlarımızı niyə yuxuda görürük? - Bunu bilməlisiniz
22.05.2020
İnsanlara İBRƏT: Qarğa kirpini belə xilas etdi - VİDEO
15.05.2020
Koronavirusu aşkarlayan sensorlu maska hazırlanır