Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Nazir: “Turizmin inkişafı istiqamətində inadkar bir şəkildə irəliləyirik“

22:25  |    05 May 2017  |   E-mail  |  Çapa göndər


“Ərəb körfəzi ölkələrindən Azərbaycana gələn turistlər çoxdur. Bizim ənənələrimiz, dinimiz birdir. Ərəblər burada özlərini çox rahat hiss edirlər. Lakin biz Avropadan, uzaq Şərqdən də turistlər gözləyirik”.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan turizm baxımından gənc ölkədir: “Biz inadkar bir şəkildə turizmin inkişafı istiqamətində irəliləyirik. Biz Azərbaycana xas olan ənənəvi qonaqpərvərlik, gözəl təbiət, dözümlülük ənənələrindən istifadə edirik. Bununla belə, biz yeni hədəfləri araşdırmalıyıq ki, Azərbaycanı yeni bucaqlardan turizm dünyasında tanıdaq. Biz 25 ildir ki, müstəqilik. İşğala məruz qalmışıq və torpaqlarımızın 20 faizi işğal edilib. Bu səbəbdən biz turizmlə 2001-ci ildən ciddi məşğul olmağa başlamışıq”.

Ə. Qarayev qeyd edib ki, Azərbaycanda xüsusi turizm zonaları yaradılmamaqdadır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər