Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6706

Digər sorğular

Prezident tapşırıq verdi: rektor sökdürdüyünü bərpa edir

19:46  |    05 May 2017  |   E-mail  |  Çapa göndər

Bakı Slavyan Universitetinin binasının fasadında Azərbaycanın görkəmli ədiblərinin portretlərini şərq motivləri fonunda əks etdirən mozaik panno bərpa olunur.

QAZİLER.AZ xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bərpa işlərinin ölkə prezidentinin tapşırığına əsasən aparıldığı bildirilib.

Qeyd olunub ki, fasadın bərpa işlərinin eskiz-layihəsi Azərbaycan Rəssamlar İttifaqı tərəfindən Memarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Dövlət Rəssamlıq Akademiyası mütəxəssislərinin təklifləri nəzərə alınmaqla hazırlanıb. Bununla bağlı ötən ilin oktyabrında Təhsil Nazirliyinin təşəbbüsü ilə işçi komissiya yaradılıb. Komissiya əməkdar rəssam Elmas Hüseynov tərəfindən vaxtilə yaradılıb və hazırda saxlanılan eskizlər, habelə binanın təmirdən öncə çəkilmiş fotoşəkilləri əsasında sözügedən mozaik pannonun bərpasını məqsədəuyğun hesab edib.

Bu tədris ilinin sonunadək Bakı Slavyan Universitetinin binasının fasadında mozaik panno tam bərpa olunaraq öz əvvəlki görkəmini alacaq.

Xatırladaq ki, Bakı Slavyan Universitetinə rektor təyin olunan Nurlana Əliyevanın ilk işi ötən əsrin ortalarından BSU-nin əsas binasının önündə olan xüsusi mozaikanı sökdürmək olmuşdu. Onun bu addımı ciddi etirazla qarşılanmışdı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
İcra başçısı aksiya keçirən əhali ilə görüşdü: "İnqilab edirsiniz..." (VİDEO)
22.02.2020
Xalq artistinin tüfeyli həyat yaşayan oğlu - “Qadınlara sataşır, özünü apara bilmir”
22.02.2020
Sabahın hava proqnozu açıqlanıb
22.02.2020
Naxçıvan Ali Məclisinə yeni TƏYİNAT
22.02.2020
İcra başçısının tutulan müavininin bacısı da yüksək vəzifədədir - FOTO