Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Bu bürclərin ittifaqı əsl fəlakətdir - ONLARLA MÜNASİBƏT QURMAYIN

03:08  |    03 May 2017  |   E-mail  |  Çapa göndər


Astroloqlar bildirir ki, əvvəlcədən bu və ya digər bürclərlə sevgi münasibətinin alınıb-alınmayacağını müəyyən etmək mümkündür. Sən demə, hər kəsin öz bürcü var...

Əqrəb və Qoç

Əqrəb və Qoç ittifaqı partlamağa hazır olan bombadır.

Əgər Şekspir ehtirası sevirsinizsə, onda bu, sizinçün yararlıdır. Hər iki bürc güçlüdür, iradəlidir, hər biri nəzarət etmək qabiliyyətinə malikdir.

Əkizlər və Oğlaq

Bu ittifaq əsl fəlakətdir. Əkizlər şənliyi sevirlər, söhbətcildirlər. Lakin Oğlaqlar əməksevər olmalarına rəğmən həyatlarının hər detalını planlaşdırmağı sevirlər. Bu isə Əkizləri bezdirir.

Xərçəng və Dolça

Xərçənglər daha çox evdardır, lakin Dolçalar hər şeydən çox azadlığı sevirlər. Xərçəngləri ətrafındakılar bilgilərinə və hissiyyatlarına görə sevirlər. Buna görə də Dolçaların meylləri onları qıcıqlandıracaq, onların səhvlərini göstərəcək və tənqid edəcək.
.
Şir və Əqrəb

Əqrəb Şirə lazım olan təriflər və komplimentlər deməz. Şirlər özlərini hamıdan yaxşı hesab edir, bu isə Əqrəbin heç xoşuna gəlmir, çünki çox qısqancdır.

Oxatan və Oğlaq

Oxatanlar onlara kifayət qədər şənlənmək üçün azadlıq vermədiyinə görə Oğlaqları həmişə məzəmmət edəcəklər. Bundan başqa, bu bürclər arasında seksual cazibə də çox az olur.

Balıqlar və Qız

Balıqlar ən xəyalpərvər və ehtiraslı bürcdür. Ancaq Qızlar işgüzar və real həyatla yaşayandır. Bu əks bürclər arasında maraqların toqquşmasına gətirib çıxarır. Balıqlar, Qızları tamamilə həyatınızdan çıxarmayın, sizin çox əla uzunmüddətli dostluğunuz mümkündür.

Dolça və Buğa

Dolçalar qeyri-adidir, Buğalar isə materialist və konservativdir. Ona görə də bu bürclərin normal münasibət qurması qeyri-mümkündür. Buğalar inadkarlıq edib öz dediyində duracaq, beləliklə, Dolçanı özündən uzaqlaşdıracaq.

Əkizlər və Xərçəng

Bu ittifaq uğur üçün bütün şanslara malikdir, əgər hər ikisinin yumor hissi olarsa. Əkizlər qələbəliyi və istirahət etməyi, Xərçənglər isə evdə oturmağı sevirlər. Əgər siz bir az səbr etsəniz hər şey alınacaq. Bu ən pis variant deyil, lakin özünün incəlikləri var.

Qoç və Buğa

Qoçlar əzmkar xarakterə malikdir, Buğalar isə tərsdir. Bu iki keyfiyyət toqquşanda ciddi problem yaranır. Buğalar üçün onların münasibətlərinin hansı mərhələdə olduğunu bilmək həyati əhəmiyyətli məsələdir, bu isə Qoçu əsəbiləşdirir. Ayrılıqdan sonra da Qoç hər şeyi dəhşətli yuxu kimi unutmağa çalışsa da Buğa hələ uzun müddət izahat gözləyir.

Buğa və Oxatan

Oxatan macərasız yaşaya bilmir, Buğa isə evdə sakit şəraitdə zaman keçirməyi sevir. Buğanın və Oxatanın enerjiləri üst-üstə düşmür, birinci buna sadəcə olaraq tab gətirmir. Oxatanları bu xüsusilə narahat etmir. Axı onların çiynində münasibətlərin böyük təcrübəsi var.

Qız və Oxatan

Onların heç biri ciddi münasibətə meylli deyil. Qızların fikrincə Oxatanlar tamamilə başısoyuq, laqeyddir. Onaların davranışlarının digərlərinin hisslərinə toxuna biləcəyini düşünmürlər. Oxatanların həftələrlə yoxa çıxması Qızlar üçün normal sayılmır. Beləliklə, hər şey bitir.

Tərəzi və Qız

Qızlar həmişə Tərəziləri tənqid edir. Bu isə öz növbəsində Tərəzilərdə özünəinamda tərəddüd yaradır. Qızlar həmişə haqlı sayılmalıdır, bu isə kəskin şəkildə Tərəzilərin əsəblərini korlayır.

Arzu Səlim

Qaziler.az

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Rəqs edən” ayının görüntüləri güldürdü - VİDEO
28.05.2020
İngiltərədə dördyaşlı vunderkind üç dildə yazmağı öyrənib - FOTO
25.05.2020
Ölmüş yaxınlarımızı niyə yuxuda görürük? - Bunu bilməlisiniz
22.05.2020
İnsanlara İBRƏT: Qarğa kirpini belə xilas etdi - VİDEO
15.05.2020
Koronavirusu aşkarlayan sensorlu maska hazırlanır