Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Bakı avtobuslarında kartlar işlədiləcək

14:35  |    23 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Bu il mayın sonunda Bakının 6 sərnişin avtobusunda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılacaq. "Bakı Sərnişin Nəqliyyatı" MMC-dən Trend-ə verilən məlumata görə,sistemin tətbiqi üzrə ilkin tədbirlər yekunlaşmaq prosesindədir. Ödənişli nəqliyyat kartlarının satışı mayın sonunda başlamalıdır.

Məlumatda deyilir: "Nağdsız ödəniş sisteminin tətbiqi üzrə iş prosesində Bakının mərkəzi hissəində 29 marşrut xəttində işləyən iri tutumlu "Daewoo" markalı 515 avtobus müəyyənləşib. Həmin avtobuslarda elektron ödənişlərin həyata keçirilməsi üçün "Validator" tipli avadanlığın quraşdırılmasına başlanılıb. Hazırda sınaq mərhələsindən keçən 52 nömrəli marşrut üzrə işləyən 10 avtobusda müvafiq avadanlığın quraşdırılması artıq başa çatıb. Nağdsız ödəniş sistemi mayın sonuna 1, 6, 14, 25, 52 və 95 nömrəli avtobus marşrutlarında həyata keçiriləcək".

Həmçinin qeyd edilir ki, digər şəhərdaxili marşrutlarda avadanlığın quraşdırılması və onlara nağdısz ödəniş sisteminin tətbiqi cari ilin sonuna başa çatacaq: "Bu mərhələ yekunlaşdıqdan sonra şəhərətrafı marşrut xətlərində işləyən avtobuslarda zəruri avadanlığın quraşdırılması üzrə tədbirlər görüləcək".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib
18.09.2019
Lənkəran, Xırdalan və Bakının Xətai rayonunda qaz təchizatı dayandırılıb
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb