Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Deputatları “işdən çıxarmaq” qanunu Milli Məclisin gündəliyindən çıxarıldı

16:09  |    02 May 2017  |   E-mail  |  Çapa göndər

“Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasının gündəliyindən çıxarılıb. (APA) Xəbərə görə layihə əvvəldən iclasın gündəliyinə salınaraq, təsdiqlənmişdi. Layihənin bugünkü plenar iclasın gündəliyindən çıxarılma səbəbi açıqlanmır.

Bu qanun layihəsi Milli Məclis deputatlarının etik davranış qaydalarını tənzimləməyi nəzərdə tuturdu və layihədə göstərilirdi ki, deputatlar bahalı hədiyyələr qəbul edə, öz çıxışlarında qeyri-etik ifadələr işlədə bilməz. Əgər etik davranış qaydalarının 3 dəfə pozulması baş verərdisə deputatın mandatdan məhrum edilməsi müzakirəyə çıxarılmalıydı.

Xatırladaq ki, 13 maddədən ibarət olan qanun layihəsi parlament tərəfindən hazırlanmışdı. Layihənin komitələrin birgə iclasında müzakirələri zamanı insan hüquqları komitəsinin sədri, vitse-spiker Bahar Muradova qanun layihəsnin Konstitusiyaya edilən dəyişikliklərin tələbi olduğunu bildirib.


“Konstitusiyada göstərilib ki, deputatın etik davranış qaydaları qanunla müəyyən edilməlidir. Dünyanın bir çox ölkəsində müvafiq dövlət qurumlarının, seçkili orqanların rəhbərlərinin, bələdiyyə üzvlərinin, dövlət qulluqçularının, o cümlədən parlament üzvlərinin fəaliyyətini tənzimləyən qanunlar var. Bu qanun layihəsinin əsas məqsədi deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyinin artırılması, o cümlədən Milli Məclis üzvünün nüfuzuna xələl gətirə biləcək hərəkətlərdən çəkindirməkdir. Azərbaycanda parlament ənənələri və beynəlxalq təcrübə nəzərə alınaraq bu qanun layihəsi hazırlanıb"-Bahar Muradova deyib.

Lakin layihənin müzakirəsi zamanı bəzi deputatlar narazılıq ifadə ediblər, xalq tərəfindən seçilən şəxsin mandatının alınmasının qanun layihəsinə əsasən xeyli asanlaşdırılmasını düzgün saymayıblar. Məsələn, deputat Qüdrət Həsənquliyev deyib ki, əgər bu layihə qəbul edilsə deputatın mandatını almaq “hansısa fermada mal-heyvanın altını təmizləyən maldarın” sahibkar tərəfindən işdən azad edilməsindən daha asan olacaq. Bahar Muradova isə bu müqayisəni “qüsurlu” adlandırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ