Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açıb

22:45  |    25 Aprel 2017  |   E-mail  |  Çapa göndər


Aprelin 24-də Maltanın Marsaşlokk şəhərində təsisçilərindən biri "SOCAR Traiding" olan "ElectroGas Malta" şirkəti tərəfindən inşa edilən qaz terminalı və elektrik stansiyasının açılış mərasimi keçirilib.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, SOCAR LNG (maye təbii qaz) şəklində Maltaya, yeni elektrik stansiyasına qaz tədarük etməklə, eləcə də onu "Enemalta" dövlət enerji şirkətinə satmaqla ölkədə elektrik enerjisi mənbəyi kimi mazutdan tam imtina edilməsi üçün şərait yaradıb. Tədbir də məhz buna həsr olunub.
Tədbirin birinci hissəsində Maltanın Baş naziri Cozef Muskat rəsmi şəxslər, eləcə də Marsaşlokk sakinlərinin müşayiəti ilə mazutla çalışan "Delimara-1" stansiyasının istismardan çıxarılması ilə bağlı rəsmi mərasim keçirib. Çıxışı zamanı C.Muskat səhmdarlar - "SOCAR Trading", "SiemensPV" və "GEMHolding" şirkətlərinin dəstəyi ilə "ElectroGas Malta"nın gördüyü gərgin işlərin elektrik enerjisi qiymətlərini 25%, atmosferə zəhərli tullantıların miqdarını isə 90% azaltmağa imkan yaratdığını bildirib.
Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndə heyəti də iştirak edib. Malta rəsmiləri ilə görüş zamanı R.Abdullayev ölkədə yeni qaz dövrünün başlaması münasibətilə qarşı tərəfə təbriklərini çatdırıb, belə böyük layihənin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına görə minnətdarlığını bildirib və SOCAR-ın bu ölkədə uzun müddət fəaliyyət göstərmək niyyətində olduğunu vurğulayıb.
Açılış mərasimi ilə əlaqədar rəngarəng tədbir keçirilib, rəsmi şəxslər çıxış ediblər.
Xatırladaq ki, "SOCAR Trading" şirkəti "ElectroGas Malta" konsorsiumunun bir hissəsi kimi, 2013-cü ildə elektrik enerjisi istehsalı üçün adanın qazlaşdırılması üzrə Malta hökumətinin keçirdiyi tenderin qalibi olub. "Siemens" və yerli GEM investisiya şirkəti ilə tərəfdaşlıq şəklində "SOCAR Trading" dəyəri 500 mln. avrodan çox olan və 210 MVt gücə malik yeni elektrik stansiyasının və adada LNG-nin yenidən qazlaşdırılması üzrə terminalın tikintisi üzrə layihəni koordinasiya edib. İnşaat işlərinə 2014-cü ilin dekabr ayında başlanılıb və 2017-ci ilin yanvarında işlər yekunlaşıb.
2017-ci ilin yanvar ayında həmçinin LNG-nin ilk partiyası tədarük olunub. Qeyd edək ki, layihənin eksklüziv LNG təchizatçısı "SOCAR Trading" şirkətidir.
Qeyd edək ki, "ElectroGas Malta" şirkəti 18 il ərzində "Enemalta" dövlət enerji şirkətini elektrik enerjisi və təbii qazla təchiz edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək
05.06.2020
Dolların iyunun 8-nə olan məzənnəsi açıqlanıb
05.06.2020
Ünvanlı sosial yardımda hansı yeniliklər olacaq?
03.06.2020
Maska taxmayanların ödəyəcəyi cərimələr bura xərclənəcək
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi