Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

AŞPA-da QALMAQAL: deputatlar sədri zaldan qovdular

19:02  |    24 Aprel 2017  |   E-mail  |  Çapa göndər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının iclasında qurumun sədri Pedro Aqramunta etimad məsələsi qaldırılıb.

APA-nın məlumatına görə, AŞPA sədri çıxışa başlayan kimi assambleya üzvlərinin əksəriyyəti zalda ayağa qalxaraq onun istefasını tələb ediblər.

Buna səbəb kimi Pedro Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib.

Aqramunt isə Suriyaya səfərinin yanlış addım olduğunu bildirib.

"İcazə verin bəyan edim ki, bu səfər yanlış idi və mən nəticələri nəzərə alaraq bunu etiraf edirəm", - deyə o vurğulayıb.

P. Aqramunt yol verdiyi yanlışlığa görə üzr istəsə də, deputatlar sakitləşməyiblər.

Çıxışını yarımçıq dayandıran AŞPA sədri iclas zalını tərk edib. İclas AŞPA-nın vitse-prezidenti, Avropa Mühafizəkarlar qrupunun sədri Gale Rogerin sədrliyi ilə davam ed`ir.

Aqramunt isə bu gün iclasa sədrlik etməyəcək. Prosedura görə, sabah Aqramunt AŞPA-nın qrup rəhbərləri və üzvləri ilə ayrıca toplantı keçirməli, onların suallarına aydınlıq gətirməlidir. Sabaha qədər plenar iclasa vitse-prezidentlər sədrlik edəcək.

Sabah xüsusi toplantıda Aqramuntun aqibətinə aydınlıq gələcək.

Qeyd edək ki, P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ
02.06.2020
Erməni siyasi xadim: “Hazırda Ermənistanın hüquq sistemində terror baş verir”