Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Bosniya və Herseqovinanın xarici işlər naziri Bakıya gəlir

19:58  |    22 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Bosniya və Herseqovinanın xarici işlər naziri və Baş nazirin birinci müavini Zlatko Laqumdjiya aprelin 27-də Bakıya gələcək.

qhtxeber.az-ın məlumatına görə, Zlatko Lagumdzijanın səfərinin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-29-da keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan Forumda Zlatko Laqumdjiyanın çıxışı planlaşdırılır.

Qeyd edək ki, 2001-2002-ci illərdə Bosniya və Herseqovinada Baş nazir olmuş Zlatko Laqumdjiya Sosial Demokrat Partiyasının sədridir. O, kompüter elmləri və elektrotexnika sahəsi üzrə akademikdir.

Xatırladaq ki, Forumun işində 40-dan çox ölkə, sabiq və indiki prezident, baş nazir və xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Ümumilikdə isə 75 ölkədən 350-dək nümayəndənin iştirakı gözlənilir. Forum çərçivəsində yeni dünya nizamının başlıca problemləri, Avropa İttifaqı və qonşuluq, enerji təhlükəsizliyi, etimadın qurulmasında dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiyanın əhəmiyyəti kimi mövzular barədə müzakirələr aparılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib
13.11.2019
İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib
12.11.2019
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"