Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək - FOTO - VİDEO

22:24  |    21 Aprel 2017  |   E-mail  |  Çapa göndər


Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək.

Qaziler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, təlimlərdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi hava bazalarından birində təntənəli qarşılanma mərasimi keçirilib.
Türkiyəli hərbi qulluqçuları hərbi birliyin zabiti polkovnik Münasib Babayev və Türkiyənin ölkəmizdəki hərbi attaşesi briqada generalı Zafer Ocak qarşılayıb. Hərbi orkestr dövlət himnləri səsləndirdikdən sonra Türkiyə hərbi qulluqçuları təlim dövründə yerləşəcəkləri "N" nömrəli hərbi hissəyə yola düşüblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyə nümayəndə heyətinin rəhbəri polkovnik Hakan Açıkgöz birgə təlimlərin vacibliyini vurğulayaraq qeyd edib ki, keçirilən təlimlərdə qazanılan təcrübə hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsirini göstərəcəkdir.
Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.
Təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ