Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Avropa Parlamentinin prezidenti “Brexit“in ləğvinin mümkünlüyünü açıqlayıb

21:36  |    21 Aprel 2017  |   E-mail  |  Çapa göndər

"İyunun 8-də keçiriləcək seçkilərdə britaniyalılar qərarlarını dəyişsələr, Avropa İttifaqı "Brexit"in icrasına başlayan Böyük Britaniyanı yenidən məmnuniyyətlə geri qəbul etməyə hazırdır”.

APA-nın "The Guardian"a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin prezidenti Antonio Tayani bildirib. Onun fikrincə, seçkilərdən sonra Birləşmiş Krallıq hökumətində dəyişiklik olarsa və hakimiyyətə ölkənin Aİ-də qalmasını dəstəkləyən qüvvələr gələrsə, "Brexit"i asanlıqla ləğv etmək olar. O, "Brexit"in icrası zamanı Böyük Britaniyada Aİ vətəndaşlarının insan haqlarının müdafiəsinin tam təmin edilmədiyi halda, "Brexit" çərçivəsində qəbul edilən istənilə razılaşmaya veto qoya biləcəklərini söyləyib.

Qeyd edək ki, aprelin 19-da Britaniya parlamenti ölkədə növbədənkənar ümumi seçkilərin keçirilməsi barədə hökumətin təklifini dəstəkləyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Dolların iyunun 8-nə olan məzənnəsi açıqlanıb
05.06.2020
Ünvanlı sosial yardımda hansı yeniliklər olacaq?
03.06.2020
Maska taxmayanların ödəyəcəyi cərimələr bura xərclənəcək
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi
02.06.2020
Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirildi