Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

İtaliya məhkəməsindən TAP-la bağlı QƏRAR

22:59  |    20 Aprel 2017  |   E-mail  |  Çapa göndər


İtaliya məhkəməsi ölkədə Transadriatik qaz boru kəməri (TAP) üzrə işlərə yenidən başlanması barədə qərar qəbul edib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə italiyalı hüquqşünas Mariano Alterio deyib.

Onun sözlərinə görə, bu qərarla məhkəmə Latsio vilayət məhkəməsinin əvvəlki qərarını ləğv edib.

TAP konsorsiumunun nümayəndəsi də bu məlumatı təsdiq edib.

Dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşəcək.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ünvanlı sosial yardımda hansı yeniliklər olacaq?
03.06.2020
Maska taxmayanların ödəyəcəyi cərimələr bura xərclənəcək
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi
02.06.2020
Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirildi
31.05.2020
Dolların sabaha olan məzənnəsi