Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Rusiyalı tarixçinin yazdıqları

17:37  |    22 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Oleq Kuznetsov: “Qarabağda ermənilər tərəfində 6 min muzdlu döyüşüb”

Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi: Tarixi-kriminoloji tədqiqat” adlı kitabının təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən müəllif deyib ki, keçmiş SSRİ məkanında azərbaycanlılara qarşı müharibəyə Yaxın Şərq ölkələrindən, eləcə də Cənub-Şərqi Avropadan, Qərbi Avropadan və ABŞ-dan erməni millətindən olan 6 minə yaxın xarici muzdlu hərbçi cəlb olunub. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı müharibə erməni milliyyətçiliyinin Azərbaycan xalqına qarşı terror müharibəsidir: “Dağlıq Qarabağa gəlmiş döyüşçülər altruist deyil, sözün həqiqi mənasında muzdlu hərbçilər, terrorçular olub. Azərbaycanlı qocaları, qadın və uşaqları abstrakt siyasi ideallar yolunda yox, pul naminə qətlə yetiriblər. Məsələn, Ermənistan Dövlət Milli Təhlükəsizlik İdarəsinin kəşfiyyat əməliyyatları şöbəsinin rəisi, polkovnik-leytenant Caan Ohanesyan, həmin idarənin mayoru Aşot Qaloyan və onlara qoşulmuş digər şəxs – Rusiyanın Federal Əks-kəşfiyyat Xidməti terrorizmə qarşı mübarizə idarəsi 2-ci şöbəsinin məsləhətçisi Boris Simonyan haqqında Tambov qarnizonu Hərbi Məhkəməsinin 11 mart 1996-cı il tarixli hökmündə açıq şəkildə bildirilir ki, onlar Azərbaycan Respublikasına qarşı silsilə terror aktları həyata keçirmək məqsədilə Rusiya Federasiyası ərazisində hazırlıq işlərinə görə ittiham ediliblər”.

Oleq Kuznetsov deyib ki, ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətlər kommersiya məqsədi daşıyır: “Erməni terrorizminin kommersiya maraqları özünü ilk dəfə XX əsrin əvvəllərində - katolikos I Mkrtıçın və erməni həvari kilsəsinin din xadimlərinin ekstremist və radikal erməni siyasi qruplaşmalarını Rusiya hakimiyyətinə qarşı açıq mübarizəyə qalxmaq çağırışlarında qabarıq şəkildə özünü büruzə verib”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb
08.11.2019
"Diriliş Osman" nə vaxt başlayır? - Tarix bəlli oldu
08.11.2019
Azərbaycanlı müğənnilər metroda mahnı oxudu - Video
03.11.2019
“Biz gənclərə daim diqqət və qayğı var”
03.11.2019
Tanıdığınız tanışlar: Fəxri ad ala bilməyən məşhur aktyoru bu şəkildən də görün - FOTO