Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Deputatın başqa deputatın əvəzinə səs verməsi qadağan olunur

19:38  |    19 Aprel 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan Milli Məclisinin iclası zamanı deputatın digər həmkarının yerinə səs verməsi, çıxış zamanı münaqişə yaratması və gündəlikdən kənar mövzuda danışması qadağan edilir.


APA xəbər verir ki, bu, yeni hazırlanmış "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsinin 7-ci (Milli Məclisin iclaslarında etik davranış qaydaları) maddəsində əksini tapıb.

Təklif olunan maddəyə əsasən, deputat başqa deputatın əvəzinə səs verməməli, onun verdiyi sual və təkliflərin məzmunu müəyyən edilmiş gündəliyə uyğun olmalıdır. Deputat çıxış edərkən başqasına hörmətlə yanaşmalı, mövqeyini hədə və digər zorakı hərəkətlərlə bildirməməlidir. Deputata iclas zamanı çıxış edənin sözünün kəsmək, kənar müdaxilə etmək, çıxışlarda kobud ifadələr işlətmək də qadağan edilir.

Qadağalara əməl olunmadığı təqdirdə MM-in İntizam komissiyasının parlament sədrinə müraciəti əsasında həmin deputat barəsində müvafiq qərar qəbul ediləcək.

Layihə Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək birgə iclasında müzakirə olunacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ
02.06.2020
Erməni siyasi xadim: “Hazırda Ermənistanın hüquq sistemində terror baş verir”