Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Funt sterlinq ciddi bahalaşıb

17:50  |    19 Aprel 2017  |   E-mail  |  Çapa göndər

Böyük Britaniyanın baş naziri Tereza Mey iyunun 8-də növbədənkənar seçkilərin keçiriləcəyini elan edib.

"Report" "The Guardian" qəzetinə istinadən xəbər verir ki, qərarın açıqlanması analitiklərin funt sterlinqin perspektivləri barədə müsbət qiymətləndirmənin yaranmasına gətirib çıxarıb.

Qəzetin yaydığı məlumata əsasən, Almaniya "Deutsche Bank"ının ekspertlərinin fikrincə, növbədənkənar seçkilər funt sterlinqin məzənnəsi üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, daha əvvəl Bankın funt sterlinqin perspektivləri barədə proznozları mənfi olub.

Britaniyanın "Brewin Dolphin" maliyyə planlaşdırılması və menecmenti şirkətinin Bazar araşdırmaları Depatamentinin rəhbəri Qay Foster (Guy Foster) hesab edir ki, "Brexit" sonrası funt sterlinqdə kəskin ucuzlaşma baş verib. Nəticədə, funtun ucuzlaşmasını gözləyənlərin öz valyuta mövqelərini dəyişəcəkləri gözlənilirdi.

Britaniyanın "Schroders" investisiya şirkətinin baş iqtisadçısı Keyt Veyd (Keith Wade) bildirib ki, Tereza Meyin seçkilərdə qalib gəlməsi ona yumşaq "Brexit"i həyata keçirməyə imkan verəcək. Bu da funt sterlinqin güclənməsinə gətirib çıxaracaq.

Xatırladaq ki, bu xəbər dünən funtun dollara qarşı məzənnəsinin 3,2% möhkəmlənərək 1,25 USD/GBP səviyyəsindən 1,29 USD/GBP-yə yüksəlməsinə səbəb olub. Azərbaycanın nağd valyuta bazarında isə funt sterlinqin manatla müqayisədə məzənnəsi 2,10 AZN/GBP-dən 2,17 AZN/GBP səviyyəsinə çatıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək
05.06.2020
Dolların iyunun 8-nə olan məzənnəsi açıqlanıb
05.06.2020
Ünvanlı sosial yardımda hansı yeniliklər olacaq?
03.06.2020
Maska taxmayanların ödəyəcəyi cərimələr bura xərclənəcək
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi