Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6704

Digər sorğular

Qızına 400 minlik toy edən məmur Çovdarovun qudası ilə qohum olub - FOTO - VİDEO

03:54  |    19 Aprel 2017  |   E-mail  |  Çapa göndər


Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb.

Qaziler.az bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, o, qızını "Dəmirbank" ASC-nin idarə heyətinin sabiq sədri Roman Əmircanovun oğluna ərə verib. Roman Əmircanovun digər oğlu isə MTN-nin sabiq idarə rəisi, hazırda məhkəmə qarşısında cavab verən Akif Çovdarovun kürəkənidir.

Roman Əmircanov Borçalının qədim nəsillərindən olan Əmircanlı soyundandır. Atası Əmircanov Dünyamalı Məhəmməd oğlu Gürcüstan SSR-də müxtəlif vəzifələrdə çalışıb. Anası Roza Məmid qızı Əmircanova (Musayeva) Borçalının qədim nəsillərində biri olan Gülməmmədli nəslinin nümayəndəsidir.

Roman Əmircanov 16 oktyabr 2009-cu il tarixdən etibarən "Dəmirbank"ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib və 2016-cı ilə qədər bu vəzifədə işləyib. Onun oğlu və Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov da MTN-də işləyib. Nazirlikdəki cinayət şəbəkəsi ifşa edildikdən sonra onu işdən uzaqlaşdırıblar.

Qeyd edək ki, Qüdrət Şükürovun qızı Aysel və Roman Əmircanovun oğlu Oktayın toyunun 400 min dollara ərsəyə gəldiyi iddia edilir. Məlumata görə, Qüdrət Şükürov kürəkəni Oktay Əmircanova "Porche" markalı avtomobil də hədiyyə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2020
Qubad İbadoğlunun döyülən qızına cinayət işi açıldı - VİDEO
20.02.2020
Neftçalanın icra başçısını bitirən səbəblərdən biri - VİDEO
20.02.2020
İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO
20.02.2020
Əsas yollarda sürət həddi endirildi
20.02.2020
Hədəfdəki növbəti icra başçısı – Bu gün həbs olunan İsmayılovun qaynı