Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

Zəncirvari qəza baş verib, sığorta şirkəti dəymiş ziyanı ödəmir - ŞİKAYƏT - VİDEO

01:26  |    19 Aprel 2017  |   E-mail  |  Çapa göndər


Zəncirvari qəza baş verib, sığorta şirkəti isə dəymiş ziyanı ödəmir.

Qaziler.az bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayn Elşən Xanalıyev deyir ki, aprelin 10-u səhər saatlarında idarə etdiyi minik avtomobilini Ramana qəsəbəsi ərazisində Vidadi Məmmədovun sükan arxasında olduğu minik maşını vurub.
Elşən Xanalıyevin maşını da Ramana qəsəbə sakini Kamil Ramazanova məxsus, hərəkətsiz dayanmış minik avtomobilinə dəyib.
Hər iki avtomobilə 1200-1300 manata yaxın ziyan dəyib.
Polis qəza ilə bağlı protokol tərtib edib. Qəzaya səbəbkar kimi də Vidadi Məmmədov göstərilib. Lakin onun avtomobilini icbari qaydada sığortalayan şirkət digər maşınlara dəymiş zərəri ödəməkdən imtina edir.
Vidadi Məmmədov əvvəlcə digər sürücüləri ittiham etsə də sonradan polisə verdiyi ifadəni xatırlamadığını bildirir. Məsələ ilə bağlı sığorta şirkətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, ərazidəki müşahidə kameralarının görüntülərinə baxıblar və qəzanın səbəbkarının Vidadi Məmmədov olmadığı qənaətinə gəliblər. Bu səbəbdən də digər sürücülərə dəymiş ziyan ödənilməyəcək. Avtomobillərin sahibləri bununla razı deyillərsə, məhkəməyə müraciət etsinlər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2020
Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib
23.01.2020
Qənirə Paşayeva fərdi şəkildə görüşmək istəyən 100-dən artıq Tovuz sakinini qəbul edib - FOTOLAR
23.01.2020
“Azəriqaz”da xüsusi rejim tətbiq olunacaq
23.01.2020
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
23.01.2020
Tanınmış teleaparıcı ailə qurdu