Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6991

Digər sorğular

Bakıda DƏHŞƏTLİ İNTİHAR DALĞASI: 4 kişi özünü öldürdü - YENİLƏNİB

14:37  |    18 Aprel 2017  |   E-mail  |  Çapa göndər

Dünən Bakıda 4 nəfər özünü öldürüb. Lent.az xəbər verir ki, Sabunçu rayon sakini, 1968-ci il təvəllüdlü Babayev Kamal Aslan oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi və spirtli içki aludəçisi olduğu bildirilir.


Bundan başqa Maştağa qəsəbəsində yaşayan Derenov Vyaçeslav Vladimiroviç tanışına məxsus həyət evində özünü asaraq intihar edib. Məlum olub ki, rus əsilli Azərbaycan vətəndaşı olan V.Derenov keçən il həyat yoldaşından boşanıb və maddi çətinliklərlə mübarizə aparırmış. O, məhkəmənin təyin etdiyi alimenti ödəyə bilmədiyi üçün özünü asıb.

Daha bir intihar hadisəsi Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 42 yaşlı Zaur Hacıyev evdə özünü asaraq həyatına son qoyub.

*****

8:09

Bakıda intihar hadisəsi qeydə alınıb.

Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Zığ yolu, ev 40, mənzil 83-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 3 uşaq atası, 1977-ci il təvəllüdlü Emil Qismət Oğlu Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.08.2020
General-leytenant Firudin Nəbiyev dünyasını dəyişib
03.08.2020
Çimərliklərdən istifadə ilə bağlı VİDEOTƏLİMAT
03.08.2020
Metro nə vaxt fəaliyyətə başlayacaq? - Açıqlama
03.08.2020
Dənizdə dalğanın hündürlüyü 4.5 metrə çatıb
03.08.2020
Azərbaycanda koronavirusla bağlı son vəziyyət