Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Azərbaycanda daha 212 dövlət əmlakı özəlləşdiriləcək

19:00  |    17 Aprel 2017  |   E-mail  |  Çapa göndər

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 16-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək.

Komitədən "Report"a bildirilib ki, hərraca ümumilikdə 212 əmlak çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 116-sı kiçik dövlət müəssisə və obyekti, 74-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı Bərdə, Kürdəmir, Salyan, Sabirabad, Lerik, Ağdaş, Tərtər və başqa 8 rayonda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Onların nizamnamə kapitalı 9-886 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilən əmlaklar arasında ilkin start qiyməti əmn yüksək olanı paytaxtın Nizami rayonunda yerləşən “Azinterservis” ASC-dir. Adı çəkilən əmlakın səhmlərinin 30%-i 133 167 min manata təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və qeyri-yaşayış obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şəki, Sabirabad, Ucar, Cəlilbad, Balakən, Xızı, Mingəçevir və digər şəhər və rayonlarda yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən əmlak paytaxtın Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir Tikinti Sahəsi olacaq.

Adıçəkilən əmlak 1 355,5 min manata təklif edilir. Onun torpaq sahəsi isə 7 869 kv.m təşkil edir. Balakəndə yerləşən Əmlak Kompleksi 825 min manat, Şəki Barama Toxuma Zavodu 363,75 min manat qiymətlə olmaqla qiyməti ilə fərqlənənlər sırasındadır.

Qeyd edək ki, hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 6-sı respublikanın ayrı-ayrı şəhər və rayonlarında, qalanları isə paytaxtda yerləşir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı