Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Azərbaycan prezidenti Yevlax rayonuna səfər edib

20:50  |    16 Aprel 2017  |   E-mail  |  Çapa göndər


Dövlət başçısı Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin açılışında iştirak edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Yevlax rayonuna səfərə gəlib.

Qaziler.az bildirir ki, Azərbaycan prezidenti Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin açılışında iştirak edib.

Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında yerləşən hissəsinin yenidən qurulması işləri yekunlaşıb. Bu hissənin uzunluğu 16,5 kilometrdir. Yol üçüncü texniki dərəcədən ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə əsasən, yol iki hərəkət zolağından ibarətdir.

Tikinti işləri nəticəsində yol yatağının eni 12 metrdən 15 metrə qədər genişləndirilib. Hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metrdir. Mingəçevir-Mingəçevir stansiyası avtomobil yolunda bütün tikinti işləri texnoloji ardıcıllığa riayət edilməklə başa çatdırılıb. Yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin yol cizgi və yolgöstərici xətlərin çəkilməsi işləri yerinə yetirilib. Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bu hissəsində Kürəkçay üzərində biraşırımlı körpünün, 26 dairəvi borunun və digər infrastrukturun yaradılması işləri uğurla icra olunub.

Qeyd edilib ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasındakı hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonra xatirə şəkli çəkdirildi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU