Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

“4K” displeylər bazarının həcmi 52 milyard dollara çatacaq

22:03  |    21 Aprel 2015  |   E-mail  |  Çapa göndər

“IHS” analitik şirkətinin məlumatına görə, 2014-cü ildə dünya “Ultra HD” (4K) formatlı displeylər bazarının mədaxili 9,2 milyard dollar təşkil edib. Bu məbləğin 8,8 milyard dolları “4K” televizorların payına düşüb.

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, ekspertlərin proqnozuna görə, gələcəkdə “UHD” texnologiyası displey məhsulların tətbiq edildiyi digər sahələrdə - kompüter monitorları, noutbuk, smartfon və planşet qurğular bazarında daha fəal yayılacaq. Bununla əlaqədar olaraq 2015-ci ildə “4K” ekranların satışının 94 faiz artaraq 18 milyard dollar qazanc gətirəcəyi gözlənilir. Həmçinin 2020-ci ildə bazarın pul ifadəsində həcminin 52 milyard dollara çatacağı bildirilir.

“Yüksək təsvir ölçülü televizorlar böyük gəlir gətirir, bu səbəbdən istehsalçılar “4K” formatın tətbiqinə başlanıldığı ilk vaxtlardan bu modellərə üstünlük verirlər”, - “IHS” analitiki Devid Se qeyd edib.

Mütəxəssis əlavə edib ki, son vaxtlar istehsalçılar istehsal texnologiyalarını təkmilləşdirib və “UHD” panellərin buraxılış həcmini artırıblar. Bu, müxtəlif yüksək keyfiyyətli kontentin yaradılması və “4K” yayımın tətbiqi ilə yanaşı, istehlakçıların yeni formata keçidini sürətləndirir.

Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan “4K” formatlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. “IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra “UHD” televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək, - "DailyComm” yazır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib
18.09.2019
Lənkəran, Xırdalan və Bakının Xətai rayonunda qaz təchizatı dayandırılıb
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb