Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

“İKT-nin qadınların həyatında rolu“ mövzusunda konfrans keçiriləcək

21:59  |    21 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Aprelin 23-də qlobal səviyyədə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində "İKT-də Qızlar günü" (Girls in ICT Day" qeyd ediləcək.

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu təşəbbüsün əsas məqsədi qızları İKT sahəsində təhsil almağa və peşəkar fəaliyyətə cəlb etməkdir.

Bu günədək dünyanın 140 ölkəsində 3,500 belə tədbir təşkil olunub və bu tədbirlər 111 min qız və qadını qlobal səviyyədə əhatə edib.

Qeyd edək ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də "İKT-də Qızlar günü" çərçivəsində tədbir təşkil olunacaq. Belə ki, "Femmes Digitales - Azərbaycan qadınları İKT-də" klubunun təşkilatçılığı ilə aprel ayının 23-də saat 16:00-da "İKT-nin qadınların həyatında rolu" mövzusunda konfrans keçiriləcək.

Azərbaycan və ingilis dillərində keçiriləcək tədbirə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

Konfransda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin, ATƏT-in, ADA Universitetinin, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), Azərbaycan Qadınlarının İKT Klubunun və “GoldenPay” şirkətinin nümayəndələri iştirak edəcək və konfrans iştirakçılarını salamlayacaq.

Qeyd edək ki, "Bakutel 2014" sərgi-konfransı çərçivəsində "Femmes Digitales - Azərbaycan qadınları İKT-də" klubu yaradılıb və bu qurumun əsas məqsədi BTİ-nin qadınların və qızların İKT sahəsinə cəlb edilməsi ilə bağlı qlobal məqsədlərin Azərbaycanda reallaşmasına kömək etməkdir.

Konfransda iştirak etmək istəyənlər onlayn qeydiyyatdan keçməlidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Fərqanə Qasımova da “Sığmazam”ı oxudu - VİDEO
18.11.2019
2 milyon şəxsi "zir-zibil" adlandırmışdı - Tünzalə ittihamlara cavab verəcək
18.11.2019
Anarın qəribə yuxusu: Sabitoğlunun qəfil ölümü... - 8 fakt
14.11.2019
“Konsertimə gəlmədilər, 20 min borca düşdüm” - Könül Xasıyeva
12.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb