Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6776

Digər sorğular

Türkiyənin ilk milli snayper tüfəngi JMK Bora-12

23:44  |    10 Aprel 2017  |   E-mail  |  Çapa göndər


Türkiyənin ilk milli snayper tüfəngi olan JMK Bora-12 artıq 2014-cü ilindən bu yana aktiv olaraq orduda istifadə edilir.

Avropa.info xəbər verir ki, JMK Bora-12 xarici ölkələrdə iştirak etdiyi bir çox testdən müvəffəqiyyətlə keçib. Qeyd edək ki, Jandarma Komandanlığının müştərək həyata keçirdiyi “7.62 mm-lik snayper tüfəngi layihəsi” 2005-ci ildə Mexanika və Kimya Sənayesi Təşkilatı ilə imzalanıb.

Layihə Türk Silahlı Qüvvətlərində istifadə olunan mövcud snayper tüfənglərinə alternativ daxili və xarici əməliyyatlarda istifadə olunmaq məqsədilə yeni milli snayper tüfənginin istehsalını nəzərdə tuturdu.

İstehsalının tamamlanmasından sonra jandarmanın əməliyyat bölüklərinə paylanan milli snayper tüfəngi həmçinin Azərbaycan, Türkmənistan və Səudiyyə Ərəbistanı kimi ölkələrə də ixrac olunub.

Pakistanda üç, Səudiyyə Ərəbistanında isə bir dəfə təşkil edilən atışların və ekoloji testlərin həyata keçirildiyi müsabiqələrdə istifadə olunan tüfəngin bütün testləri uğurla keçdiyi bildirilir.

Pakistandakı müsabiqələrdə İngiltərədən, ABŞ-dan, Cənubi Afrikadan, Səudiyyə Ərəbistandakı testlərdə isə Almaniyadan olan firmalar iştirak edib.

7.62 mm-lik JMK Bora-12-nin effektiv atı məsafəsi 800 metrdir. Aksesuarsız və güllə darağı olmadan 6,5 kiloqram ağırlığı olan tüfəngin darağının tutumu 10 güllədən ibarətdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.03.2020
Koronavirus Benyamin Netanyahunu hakimiyyətdə saxladı
28.03.2020
Koronavirusa qarşı peyvənd bu tarixdə hazır olacaq - RƏSMİ
28.03.2020
Koronavirusla bağlı son STATİSTİKA - Ölənlərin sayı...
28.03.2020
ABŞ tarixindəki ən böyük iqtisadi yardım paketi təsdiqləndi: Hər vətəndaşa...
28.03.2020
Koronavirusun episentrində həyat normallaşır: Metro da işləyir...