Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6519

Digər sorğular

Gürcüstanda 9 Aprel faciəsinin 28-ci ildönümü qeyd edilir - REPORTAJ - FOTOSESSİYA

20:09  |    09 Aprel 2017  |   E-mail  |  Çapa göndər


Bu gün bütün Gürcüstanda 9 Aprel faciəsinin 28-ci ildönümü qeyd edilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, faciənin ildönümünə həsr olunan tədbirlər paytaxt Tiflisdən başlayıb.

Gecə saat 4.00-dan başlayaraq Gürcüstan dövlət və hökumət rəsmiləri, nazirlər, diplomatik korpus rəhbərləri, deputatlar, gənclər və digər əlaqədar təşkilatların nümayəndələri, şəhər sakinləri ənənəvi olaraq parlament binası qarşısındakı 9 Aprel abidəsinin önünə əklillər və gül-çiçək dəstələri qoyub, şam yandırıblar. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və katolikos-patriarx II İlya da anma mərasimində iştirak edib. Abidə önünə əklil qoyan G. Kvirikaşvili 1989-cu ilin 9 Aprelinin xalqın azadlıq və müstəqilliyi ilə bağlı çox əhəmiyyətli bir gün olduğunu bildirib. Baş nazir 28 il əvvəl insanlarının azadlıq və müstəqillik “yuxu”sunun çin olması uğrunda həlak olduqlarını və bu gün xalqın daha güclü şəkildə birləşəcəyinə şübhə etmədiyini vurğulayıb.

Gürcüstan prezidenti Giorgi Maqvelaşvili faciə qurbanlarının xatirəsini yad edib, abidə önünə əklil qoyub. Azərbaycanın Gürcüstandakı səfirliyi və səfirlik əməkdaşları, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclər də 9 Aprel faciəsinin qurbanlarına ucaldılan abidə önünə əklil və gül-çiçək dəstələri qoyublar. Eyni zamanda Gürcüstan Müsəlmanlarının şeyxi Hacı Ramin İgidov və din xadimləri, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının üzvləri 9 Aprel şəhidlərinin xatirəsini yad edib, daha sonra Cümə Məscidində anım tədbiri təşkil olunub. Tədbirdə Gürcüstanın azərbaycanlı və gürcü din xadimləri iştirak edib.

Faciənin ildönümü azərbaycanlıların kompakt yaşadığı Marneulidə qeyd olunub. Marneuli Gənclər Mərkəzi tərəfindən təşkil olunan tədbir Alget kəndindəki 9 Aprel və 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə önündə keçirilib. Tədbirdə Gürcüstan parlamentinin azərbaycanlı və gürcü deputatları, gənclər və kənd sakinləri iştirak edərək faciə qurbanlarını ehtiramla yad ediblər. Faciə qurbanları rayonun Tamarisi, Sereteli kəndlərində də anılıb. Tədbirdə Marneuli rayon rəhbərliyi, gürcü və azərbaycanlılar iştirak edərək müstəqillik uğrunda həlak olan 21 Gürcüstan vətəndaşlarını ehtiramla yad ediblər. Rustavidə azərbaycanlıları birləşdirən “Salam” Xeyriyyə Cəmiyyəti də faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirib.

Qeyd edək ki, 1989-cu ilin aprelin 9-da Tiflisin Rustaveli prospektində keçirilən dinc aksiyanın sovet ordusu tərəfindən dağıdılması zamanı 21 aksiya iştirakçısı öldürülüb. 1991-ci il aprelin 9-da Gürcüstan Ali Soveti 9 Apreli Gürcüstanın Dövlət Müstəqilliyinin Bərpası Günü elan edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
Terrorçular İran ərazisindən Türkiyəyə atəş açıblar, ölən və yaralanan var
18.10.2019
Tramp Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac qalmadığını deyib
17.10.2019
NATO Türkiyəsiz bacarmaz – Rutte
17.10.2019
PKK sıralarından 600-dən artıq terrorçu qaçıb
17.10.2019
ABŞ və Türkiyə Suriyada razılığa gəldi - ATƏŞKƏS