Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Erməni müxalifəti İrəvandakı seçkini boykot etdi - növbəti bəyanat “ORO”dan gəldi

14:51  |    09 Aprel 2017  |   E-mail  |  Çapa göndər


Seçkilərdə biabırçı məğlubiyyətə uğradılmış “Ohanyan – Raffi - Oskanyan” (ORO) seçki bloku may ayında İrəvanda keçiriləcək Ağsaqqallar Şurasına seçkilərdə iştirak etməyəcəyini bəyan edib.

Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, blok bununla bağlı ayrıca bəyanat yayıb. İrəvan merinin seçilməsi üçün təyin olunan seçkidə iştirak etməməsinin səbəblərinə gəldikdə, “ORO” bloku bu barədə geniş izahat verməyə lüzum bilməyib. Ancaq əslində 2 apreldəki seçki biabırçılıqlarından sonra mer seçkilərinə qatılmağın absurdluğunu onlar da yaxşı anlayır. 2013-cü ilin prezident seçkilərində İrəvan seçicilərinin 43 faizinin səsini alan blokun həmtəsisçilərindən biri Raffi Ovannisyan budəfəki durumun fərqli olduğunu anladığı üçün “Qarabağ klanı”na qarşı ermənistanlıları səfərbər etmək fikrindən daşınıb.


Bundan əvvəl “Azad demokratlar”, “Erməni dirçəliş” partiyaları da seçkidə iştirak etməyəcəklərini bəyanlayıblar. Ter-Petrosyanın liderlik etdiyi blok isə 2 aprel seçkilərinin nəticələrinin ləğvi üçün müraciət edib.


Beləcə, hakim düşərgə total 2 aprel saxtakarlıqlarından sonra seçkiyə etimadı tam itirib. Görünür elə bu səbəbdəndir ki, Serj Sərkisyanın sədrlik etdiyi Respublikaçılar partiyası bu ilin 15 martında Zarui Postandjanın rəhbərliyi ilə təsis olunmuş “Yerkir Tsirani” adlı cırtdan partiya ilə seçkilərdə “mübarizə aparmağa” qərar verib. Hakimiyyətin oyunlarında iştirakçı olan Nikol Paşinyanın “Çıxış” partiyası da seçki tamaşasına qatılacağını açıqlayıb. Lakin 2aprel “dərs”lərindən sonra hətta Daşnaksütyun partiyası belə nəticəsi qabaqcadan bəlli olan seçkilərdə iştirak etməkdən vaz keçib. “Çiçəklənən Ermənistan” isə “hələ ki, məsələni müzakirə etdiklərini” bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Minbiç əməliyyatı başladı - Suriya Milli Ordusu açıqladı - VİDEO
14.10.2019
An-72 qəzası: “Putinin aşpazı” öldü – Şok iddia
14.10.2019
Türkiyə MN: Suriyada məhv edilən terrorçuların sayı 550-yə çatıb
14.10.2019
Suriya əməliyyatının 5-ci günü - Türkiyəyə böyük dəstək
13.10.2019
Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verib