Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6717

Digər sorğular

Hindistanda “müasir Mauqli” tapıldı

15:00  |    08 Aprel 2017  |   E-mail  |  Çapa göndər

Hindistanın şimalında meşədə meymunlarla yaşayan qız tapılıb.

QAZİLER.AZ-ın “musavat.com”-a istinadən xəbərinə görə, qızı polis əməkdaşı Sureş Yadav aşkarlayıb.


O, Uttar Pradeş ştatında yerləşən Katarniaqxat bölgəsində keşik çəkərkən qızı aşkarlayıb. 8 yaşlı qız heyvanların hücumuna məruz qalmış, eyni zamanda çılpaq vəziyyətdə idi. Polis onu cəngəllik ərazisindən aparmaq istəyəndə meymunlar səs-səsə verərək, öz narazılıqlarını bildiriblər. Qızın özü də meşədən ayrılmamaq üçün israr edib. Polislər köməyə öz həmkarlarını çağırmaq zorunda qalıblar. Xəbərdə həmçinin qeyd olunur ki, uşaq danışmağı bacarmır və meymunlar kimi “dördayaq” üzərində gəzir.

Qızı yerli xəstəxanalardan birinə yerləşdiriblər. Hazırda polis onun şəxsiyyətini və meşəyə necə düşdüyünü müəyyən etməyə çalışır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2020
Ceki Çandan xəbər: "Məndən nigaran qalmayın" - FOTO
27.02.2020
İranda virusdan ölənləri gizlicə basdırırlar - VİDEO
27.02.2020
İtaliyada koronavirusdan ölənlərin sayı 17-yə çatdı
27.02.2020
İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir
27.02.2020
Hindistanda öldürülən müsəlmanların sayı artır