Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

Erməni saxtakarlığına qarşı mübarizə

18:43  |    21 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Fuad Axundov: "Bütün türk xalqları birləşərək erməni saxtakarlığına qarşı mübarizə aparmalıdır"

"Azərbaycanın bütün dövlət strukturları, elmi ocaqların nümayəndələri birləşərək erməni saxtakarlığına qarşı birgə mübarizə aparmalıdır".

Qaziler.az Trend-ə istinadən bildirir ki, bu barədə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov Bakıda keçirilən "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə həsr olunmuş "Müəllif və riyakarlıq, kitab və yalan" (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda keçirilən konfransda çıxışı zaman deyib.

F.Axundov qeyd edib ki, Ermənistan ideologiyası saxta kitablar üzərində qurulub: "Uşaq nağıllarından başlayaraq ermənilər bütün kitabları saxta istiqamətə yönəldirlər. Ancaq indiki dövrdə virtual məkanda yeni texnologiyalar vasitəsilə böyük bir dönüş yaranr. Cənab Prezidentimiz İlham Əliyev bu məsələyə çox böyük qiymət verir və hamını bu istiqamətdə bir olmağa çağırır ki, erməni saxtakarlığına dəyərli bir cavab verək".

Qondarma "erməni soyqırım"ı məsələsinə münasibət bildirən F.Axundov qeyd edib ki, ermənilər tarixi siyasiləşdirməyə çalışırlar. O vurğulayıb ki, heç bir siyasətçi elmə, tarixə təsir edə bilməz: "Hansısa siyasətçı tarixdən kənar bəyanatlar verməklə özünü yalnız biabır edir".

F.Axundov qeyd edib ki, bütün türk xalqları birləşərək erməni saxtakarlığına qarşı mübarizə aparmalıdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?
15.11.2019
Prezident iki rayona 6 milyon manat pul ayırdı
15.11.2019
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib
15.11.2019
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib