Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6881

Digər sorğular

Metrodakı terrorda ölən qız Borçalıdan imiş...

03:59  |    05 Aprel 2017  |   E-mail  |  Çapa göndər


Sankt-Peterburq metropolitenində törədilən partlayış nəticəsində ölən 20 yaşlı azərbaycanlı qız əslən Borçalının Faxralı kəndindəndir.

Qaziler.az bildirir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, Dilbər Səməndər qızı Əliyeva Rusiya vətəndaşı olsa da, əslən Bolnisinin Faxralı kəndindəndir. Onun ata-anası bir müddət Bakıda yaşadıqdan sonra Sankt-Peterburq şəhərinə köçüblər. Bu barədə Faxralı kənd icra nümayəndəsi Novruz Abbasov APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, D. Əliyeva Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub: “Atası 5 il bundan əvvəl Faxralıya gəlmişdi. Onların Sankt-Peterburqda evləri var. Onlar Rusiyadakı evlərini satıb Bakıya köçməyi planlaşdırırdılar”.

N. Abbasov D. Əliyevanın nəşinin sabah Bakıya gətiriləcəyini və Bakıda torpağa tapşırılacağını bildirib: “Ailənin Bakıda qohumları çoxdur. Məhz buna görə də qərara alıblar ki, Bakıda torpağa tapşırsınlar”.

Qeyd edək ki, metroda partlayış zamanı yaralanan Dilbər Əliyevanı təcili olaraq Mariinsk xəstəxanasına aparılıb, lakin onu xilas etmək mümkün olmayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.05.2020
Moskva əhalisi gəzintiyə qrafiklə çıxacaq
27.05.2020
Ukrayna açıqladı: Qondarma "respublikalar" ləğv ediləcək
27.05.2020
Koronavirus peyvəndinin hazır ola biləcəyi vaxt açıqlandı
27.05.2020
Türkiyədə pandemiya qurbanlarının sayı 4 430-u ötdü
27.05.2020
Köpəkdən vəfa örnəyi: Koronavirusdan ölən sahibini aylarla xəstəxanada gözlədi - FOTO