Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

Aprel döyüşlərində şəhid olan pilotun ailəsindən nümunəvi addım - VİDEO

14:39  |    02 Aprel 2017  |   E-mail  |  Çapa göndər


Aprel döyüşlərində şəhid olan pilot mayor Təbriz Musazadə öz qəhrəmanlğı ilə dastan yazıb.

Qaziler.az Xezerxeber.az-a istinadən bildirir ki, 36 yaşlı şəhid pilot 2 aprel 2016-cı ildə Ermənistan-Azərbaycan qoşunlarının cəbhə xəttində gedən döyüşlərdə iştirak edib. Xidmət müddəti ərzində Azərbaycan Prezidenti adından və Azərbaycan müdafiə nazirinin əmri ilə 4 döyüş medalı ilə təltif edilib. Mayor rütbəsinədək yüksələn hərbçi aprelin 2-də qəhrəmancasına şəhid olub.
Şəhidin həyat yoldaşı Pərişan Musazadə onun xatirəsini fərqli şəkildə əbədiləşdirib. O, elm və təhsilə hədsiz dəyər verdiyi üçün onun adını daşıyan təhsil və incəsənət hazırlıq mərkəzi açıb.
Mərkəzdə pilotun xatirəsinə muzey guşəsi də yaradılıb. Burda onun şəxsi əşyaları, aldığı təltiflər və şəkillər yer alır. Ən əsasi isə budur ki, mərkəzdə bütün şəhid övladlarına pulsuz təhsil verilir. Şəhidin oğlu Tayfun Musazadə də bu işdə anasına dəstək verir.
Təbriz Musazadə 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə uçuş texniki hazırlığın təlim mərkəzinin bitirib. 2011-ci ildə Türkiyə Respublikasında Uçuş Təhlükəsizliyi kursunu bitirib. 24 iyun 2004-cü ildən etibarən Hərbi Hava Qüvvələrində xidmət edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.01.2020
Qənirə Paşayeva fərdi şəkildə görüşmək istəyən 100-dən artıq Tovuz sakinini qəbul edib - FOTOLAR
23.01.2020
“Azəriqaz”da xüsusi rejim tətbiq olunacaq
23.01.2020
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
23.01.2020
Tanınmış teleaparıcı ailə qurdu
23.01.2020
“Azəriqaz” rəhbərliyi şimal bölgəsində vətəndaşları qəbul edəcək