Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

İstənilən nömrənin sahibini tapmaq mümkündür: Bunun üçün bu proqramı yükləmək kifayətdir - VİDEO

00:41  |    01 Aprel 2017  |   E-mail  |  Çapa göndər


Yeni proqram vasitəsilə android telefonlarda istənilən mobil nömrənin sahibini bir neçə saniyədə tapmaq mümkündür. Bunun üçün proqrama sadəcə nömrəni daxil etmək kifayətdir.

Bundan başqa mobil telefona adi bir proqram yükləməklə tanıdığınız şəxslərin harda olduğunuzu da asanlıqla tapa bilirlər.

Qaziler.az bildirir ki, "Xəzərxəbər” qanunla belə tətbiqlərin verdiyi məlumatların qanuna uyğun olub-olmadığını araşdırıb.

Proqrama daxil olub nömrəni yazırsan birbaşa sənə kimin nömrəsi olduğunu göstərir. Bu imkanı Android telefonları üçün pleystorda yer alan proqram verir.
Bəs sistem necə işləyir və dünyanın istənilən yerindən gələn zənglərin sahibini anında necə müəyyən edir?

Özü də sistem telefon sahibinin təsdiqi ilə telefona yüklənir. Bu təsdiq həm də telefonundakı nömrələrində sistemə daxil edilməsini qəbul olunmasıdır. Yəni həmin smartfonda email, yaxud da sosial şəbəkələr vasitəsi ilə düşmüş nömrələr digər istifadəçilərə də çatır. Bununla da heç kəs proqram sahibinə qarşı hüquqi iddia qaldıra bilməz. Beləliklə milyonlarla insanın qəbul edərək yükləməsi ilə hazırda həmin sistemdə 3 milyarda yaxın nömrə var.

Bənzər bir mobil tətbiq isə telefon istifadəçisinin yerini müəyyən edir. Bunun qarşısını telefonun tənzimləmələrindən bağlamaqla almaq mümkün olsa da bəzi proqramlar maneəni də keçir. İnformasiya-Kommunikasiya Texnologiyaları mütəxəsissisi Cahid İsmayıloğlu bildirir ki, bəzən pleystorə mobil tətbiq yüklənərkən şirkətlər bu məlumatlardan sui-istifadə ediləcəyini nəzərə almırlar.

Mobil telefon nömrələrinin asanlıqla əldə edilməsi, eləcə də telefon rəhbərində telefon kitabçasında olan şəxslərin yerlərinin asanlıqla müəyyən edilməsi bəzi şəxslərdə narahatlıq yaratsa da, qanunla bu məlumatların yayılmasına heç bir məhdudiyyət yoxdur. Hüquqşünas Xəyal Bəşirov mobil telefon məlumatlarının şəxsin ad, soyad və atasının adı ilə bağlı olan məlumatlar cərgəsinə aid olduğundan onların yayılmasında heç bir problemin olmadığını deyir.

Şəxsi məlumatların yayılmasını dəstəkləyən proqramlar artdığı üçün mütəxəssislər smartfon istifadəçilərinin təhlükəsizlik qaydalarına daha həssas yanaşmasının vacib olduğunu deyirlər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq
15.09.2019
Türmə nəzarətçiləri Vidadi Zeynalovun başına necə OYUN AÇIBLAR...
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)