Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6706

Digər sorğular

Turizm sərgisində təmsil olunacağıq

03:43  |    21 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Almatıda beynəlxalq turizm sərgisində təmsil olunacaq.

Cari ilin 22-24 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən "KİTF 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil olunacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgidə, həmçinin 5 yerli turizm şirkəti (Millennium Tourism and Congress, Improtex travel, The Tour, Bestar, Granitas) və 2 mehmanxana (Chinar Hotel and Spa Naftalan, Duzdag Hotel) iştirak edəcək.

Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 42 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq üçüncü dəfədir ki, "KİTF" beynəlxalq turizm sərgisində iştirak edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
Yeni şəffaf sayğac qutuları quraşdırılacaq
21.02.2020
Prezident Romada Azərbaycan-İtaliya biznes forumunda iştirak edib
09.02.2020
Nazir:“Biz aldığımızdan daha çox ödəyirik”
06.02.2020
Əmək pensiyaları indeksləşdirildi
28.01.2020
Çindən Azərbaycana bir sıra məhsulların gətirilməsi qadağan olunub