Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

25 apreldə hamı “Dədə Qorqud” parkına – 7 istək

03:18  |    21 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Mütaliəyə diqqətin artırılması məqsədilə keçirilməsi nəzərdə tutulan “Oxu Günü” 25 aprel tarixində ədəbiyyata marağı olan hər kəsə bayram ab-havası yaşadacaq.

“Hədəf” nəşrlərinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, belə bir layihəni həyata keçirməkdə məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsinə və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Gələcəkdə Respublikamızın bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulan “Oxu Günü” layihəsi bu il ilk dəfə olaraq Bakı şəhərində reallaşacaq.

“Oxu Günü” layihəsinə aid olan şüar, çağırış və addımlar:

1. 25 apreldə sən də oxuduğun kitabı özünlə gətir, “Oxu Günü”nə qatıl;

2. Sən də Feysbukda (İnstaqramda, Tviterdə) oxuduğun kitabla birlikdə selfini paylaş, fikrini yaz, “Oxu Günü”nün mütaliə ulduzları siyahısına düş;

3. Sən də oxuduğun kitabla “Gəlin birgə oxuyaq” şüarını maraqlı tərzdə videoya çəkib bizə göndər və yüzlərlə məşhur insandan biri olmaq şansı qazan;

4. Layihədə iştirak et, 25 aprel saat 15:00-da “Oxu Günü”nə qatıl, minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyəcanını sən də yaşa;

5. “Oxu Günü”nə qatıl və tanınmış yazıçılar, elm adamları, ictimaiyyət nümayəndələri ilə görüşdə iştirak etmək şansı qazan;

6. Oxuduğun kitabı özünlə gətir, imzala, istədiyin iştirakçıya hədiyyə et, başqa bir kitabı hədiyyə al;

7. “Oxu Günü”nə gəl, aksiya masasına kitablar hədiyyə et, sən də oxuduqlarını oxumayanlarla paylaş.

Qeyd edək ki, layihənin ideya müəllifi və rəhbəri filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Fərqanə Qasımova da “Sığmazam”ı oxudu - VİDEO
18.11.2019
2 milyon şəxsi "zir-zibil" adlandırmışdı - Tünzalə ittihamlara cavab verəcək
18.11.2019
Anarın qəribə yuxusu: Sabitoğlunun qəfil ölümü... - 8 fakt
14.11.2019
“Konsertimə gəlmədilər, 20 min borca düşdüm” - Könül Xasıyeva
12.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb