Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Almaniya millisinə bizimkilər də dəstək verəcək – AFFA etiraz edir

19:41  |    26 Mart 2017  |   E-mail  |  Çapa göndər


DÇ-2018-in bu gün keçiriləcək Azərbaycan - Almaniya oyununda qonaq komandaya 900 azarkeş stadionda dəstək verəcək.

Bu haqda Qol.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Onun sözlərinə görə, matçı canlı izləmək üçün Almaniyadan Bakıya göstərilən sayda azarkeş gəlib.

AFFA rəsmisi alman azarkeşlər üçün ayrıca sektor ayrıldığını bildirib.

Yayılan məlumata görə, Almaniya millisinə Bakıda bu komandanın azarkeşi olan 20-dək azərbaycanlı da dəstək olacaq. AFFA rəsmisi Mikayıl Nərimanoğlu bu məsələyə də münasibət bildirib:

“Düzdü, rəsmi olaraq, bizə müraciət edən olmayıb. Amma bu haqda biz də eşitmişik. Bir azərbaycanlının öz doğma ölkəsinin komandası dura-dura başqasına dəstək olması heyrət doğurur. Bunda bir məntiq yoxdur. Milli komanda bizim üçün hər şeydir. Öz komandamızın oyununda rəqibə necə azarkeşlik etmək olar?”

Xatırladaq ki, Azərbaycan – Almaniya matçı bu gün Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı