Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7214

Digər sorğular

O futbolçu millimizdə oynamaq üçün 1 milyon dollar alıb - ŞOK İDDİA

21:00  |    25 Mart 2017  |   E-mail  |  Çapa göndər

Almaniyanın məşhur "Bild" nəşri Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı şok məlumat dərc edib. Apasport.az adıçəkilən sayta istinadən xəbər verir ki, gənc hücumçu Azərbaycan yığmasını pula görə seçib.


Belə ki, Renatın yığmamızı seçməsini qəribə hadisə kimi təqdim edən müəllif bunun müqabilində futbolçunun 1 milyon dollar qazandığını iddia edib: "Təəssüf ki, "Ayntraxt"ın istedadlı futbolçusu Almaniya yığmasını seçmədi. Böyük perspektiv vəd edən Dadaşov DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı meydana çıxacaq. Halbuki o, Almaniyanın U-17 millisində keçirdiyi 15 oyunda 13 qol vurmuşdu. Dadaşov Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və eyni zamanda ona ev veriləcək. "Leyptsiq"də olarkən aylıq məvacibi 2500 avro olan futbolçu məhz pula görə Azərbaycan millisinin təklifini qəbul etdi".

Qeyd edək ki, Renat Dadaşov sabah keçiriləcək Azərbaycan - Almaniya matçında millimizin heyətində debüt edə bilər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.11.2020
Qurban Qurbanov koronavirusa yoluxub
29.11.2020
"27 ildir bu günün həsrəti ilə yaşayırdıq" - Tahir Gözəl
26.11.2020
Maradona ilə vida mərasimi Prezident Sarayında olacaq
25.11.2020
Maradona vəfat edib
23.11.2020
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib