Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi

23:42  |    21 Mart 2017  |   E-mail  |  Çapa göndər


Azərbaycanın əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Əsgər Rəhimov vəfat edib.

Teatrdan verilən məlumata görə, aktyor ağır xəstə idi və üç gün əvvəl qaraciyərindən əməliyyat olunmuşdu.

1956-cı ilin noyabrın 27-də anadan olmuş Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdı. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləmiş, 2005-ci ildə yenidən S.Vurğun adına Rus Dram teatrına qayıtmışdı. Bu illər ərzində teatr səhnəsində bir çox rollar oynamışdı. Onun yaratdığı Nikita (A.Arbuzov-"Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov-"Poxoronı v Kalifornii"), Lukin (M.Qorki-"Varvarı"), Bayandur (İ.Əfəndiyev - "Büllur sarayda"), Ralf (R.Baer-"Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə-"Nonsens"), Qraf Kent (U.Şekspir-"Kral Lir"), Həkim (K.Hiqqins-"Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdü.(milli.az)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.06.2019
Alim Qasımov kilsədə azan oxudu (VİDEO)
15.06.2019
Nəsimini sevən qadın necə öldü? - Faciəli tale
11.06.2019
Fuad Poladovun oğlu evləndi - Foto
08.06.2019
“Bütün qohumlarım məndən üz döndərdi” - Mübariz Tağıyev
07.06.2019
Yaşar Nurinin SON GÜNÜ: “Yatanda dedi ki...”