Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Kalmık rejissor Azərbaycan teatrında

19:38  |    20 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir beynəlxalq layihə çərçivəsində yaradıcılıq mübadiləsinə start vermək üzrədir.

Bu barədə QAZİLER.AZ teatrın mətbuat xidmətinə istinadən xəbər verir. 3 ildən artıqdır ki, Rusiya Federasiyasının Kalmıkiya Respublikası Milli Dram Teatrı ilə sıx yaradıcılıq əməkdaşlığı aparan GTT sözügedən teatrla müqavilə imzalayıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov və Kalmıkiya Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli Azərbaycan yazıçı-dramaturqu Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında “Cəhənnəmdən məktublar” tamaşasına quruluş verəcək. Bu günlərdə Bakıya səfər edəcək rejissor əsəri musiqili pritça kimi nəzərdə tutub. Tamaşada əsas rolları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov və teatrın gənc aktyorları ifa edəcəklər.

Sözügedən teatrlar arasında 2012, 2013 və 2014-cü illərdə qastrol səfərləri həyata keçirilib. Bundan başqa, ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Kalmıkiya Respublikasına ezam olunaraq yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb
08.11.2019
"Diriliş Osman" nə vaxt başlayır? - Tarix bəlli oldu
08.11.2019
Azərbaycanlı müğənnilər metroda mahnı oxudu - Video
03.11.2019
“Biz gənclərə daim diqqət və qayğı var”
03.11.2019
Tanıdığınız tanışlar: Fəxri ad ala bilməyən məşhur aktyoru bu şəkildən də görün - FOTO