Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Millətin belini qırırıq - Millət vəkili

21:20  |    17 Mart 2017  |   E-mail  |  Çapa göndər

Bir neçə gündür ki, mətbuatda Azərbaycan hökumətinin hesabatı ilə bağlı ürək bulandıran məlumatlar yayılır. Dedilər ki, guya, bu, Baş nazir Artur Rasizadənin sonuncu hesabatıdır və hesabatdan sonra o, istefaya gedəcək. Ancaq bu cür xəbərləri yaymaq doğru hərəkət deyil.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı yəhudi əsilli deputat, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Yevda Abramov bildirib. Y.Abramov deyib ki, Azərbaycan xalqı öz prezidentini, baş nazirini, spikerini sevir:

“Buna görə də baş nazirlə bağlı yayılan məlumatlar düzgün deyil. İsrailin “buldozer” ləqəbli bir baş naziri var idi. Allah ona qəni-qəni rəhmət eləsin! Artur müəllim də onun torpağı sanı yaşasın!”

YAP-çı deputat qeyd edib ki, Azərbaycan hökumətinin 2016-cı ilin fəaliyyətinə dair hesabatı daha yaxşı hazırlana bilərdi:

“Mən yenə də başıbatmış xarici valyuta ilə bağlı danışacağam. Bu yaxınlarda Qubaya getmişdim. Orada dollar alveri edənlər var idi. Yalandan dedim ki, 1000 dollarım var, bunu dəyişmək istəyirəm. Mənə dedilər ki, 1 manat 70 qəpikdən ala bilərik. Amma satışı çox bahadır. Görün nə qədər fərq var? Ay Samir müəllim (Samir Şərifov nəzərdə tutulur), Elman müəllim (Elman Rüstəmov), bununla bu millətin belini qırırıq. Banklar bədbəxt oldu, bir neçə nəfər tutuldu, sonra nə oldu? Bir qrup insan bizə mane olur, onlar kimlərdir, mən bilmirəm. Bunlara son qoymaq lazımdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb