Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb

21:50  |    16 Mart 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

"Report" xəbər verir ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu səfərin əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.

Ənənəvi olaraq hər il Qlobal Bakı Forumunda iştirak etdiyini vurğulayan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Forumun mühüm əhəmiyyət daşıdığını vurğuladı. Gürcüstan Prezidenti qeyd etdi ki, bu tədbirlə bağlı Azərbaycana səfəri dövlətimizin başçısı ilə görüşmək imkanı yaradır və eyni zamanda, öz həmkarları ilə müzakirələr aparmaq baxımından da önəmlidir. Giorgi Marqvelaşvili ölkələrimiz arasında strateji münasibətlərin dərinləşdiyini bildirərək bu münasibətlərin ən yüksək səviyyədə olduğunu dedi.

Prezident İlham Əliyev ölkələrimiz arasında yaxın qarşılıqlı fəaliyyətin mövcud olduğunu vurğulayaraq, münasibətlərimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi və əlaqələrimizin bölgədə və ümumiyyətlə, beynəlxalq səviyyədə mühüm rol oynadığını dedi. Dövlətimizin başçısı münasibətlərimizin bundan sonra da möhkəmləndirilməsi üçün səyləri əsirgəməməyin vacibliyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin digər sahələrdə də əməkdaşlığın gücləndirilməsi işinə xidmət etdiyini bildirdi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
Ərdoğan Azərbaycana bu səbəblə gəlir
21.02.2020
Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
20.02.2020
3 ölkənin liderləri martda görüşəcəklər
20.02.2020
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20.02.2020
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib