Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Ölkədə yeganə olan uşaq qəbirstanlığı

01:08  |    16 Mart 2017  |   E-mail  |  Çapa göndər


İndi sizə ölkədə bəlkə də dünyada yeganə olan uşaq qəbirstanlığından söhbət açacağıq.

Qaziler.az xəzərxəbər.az-a istinadən bildirir ki, bu qəbirstanlıq Sumqayıtda yerləşir. Yalnız uşaqların dəfn olunduğu qəbristanlığın yaranmasının da maraqlı bir tarixçəsi var.

Uşaq qəbristanlığı....

Adından da görüldüyü kimi burada yalnız uşaqlar dəfn olunub. Bu məzarlıq Sumqayıt-Bakı yolunun üstündə yerləşən Sumqayıt şəhər qəbiristanlığının yanındadır. Qəbristanlığın yaranma tarixi isə təxminən 30 il əvvəllə söykənir. Belə ki 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində şəhərin ekoloji vəziyyəti ilə bağlı ölü doğulan uşaqların sayı artmış, habelə şikəst və zəif doğulan uşaqların ölüm halları artmışdı.
Məhz bundan sonra bura uşaq qəbristanlığı adı verilib. Ölkədə yeganə uşaq məzarlığıdır. Baxmayaraq ki, qəbristanlıq 30 il əvvəl körpələrin kütləvi ölümü zərurətindən yaranıb, amma indi də dünyasını dəyişən azyaşlıların burada dəfn edənlər var.

Buradakı qəbrirlərin əksəriyyəti sadə olsa da fərqli seçilən qəbrilər də var. Həmin qəbirlər isə sonradan orda dəfn olunan uşaqlara aiddir. Şəhər sakinləri bildirirlər ki, hazırda dünyasını dəyişən uşaqların uşaq qəbiristanlığında dəfn edilməsi nadir hallarda olur. Əksər insanlar dünyasını dəyişən uşaqları qohum əqrabalarının yanında dəfn edirlər.

İlahiyyatçılar isə ayrıca uşaq qəbirsanlığının mövcudluğunu məqbul hesab etmir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Daşkəsənin bəzi kəndlərinə dolu düşüb - VİDEO
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub - Ölənlər var
30.05.2020
Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
30.05.2020
“Tarqovı”dakı görüntülərlə bağlı təşkilatçıya qarşı cinayət işi açıldı
30.05.2020
AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib