Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

İş adamının ölümündə adı hallanan keçmiş polkovnik DANIŞDI

22:55  |    15 Mart 2017  |   E-mail  |  Çapa göndər


İş adamı Bəxtiyar Məmmədovun ölümündə adı hallanan keçmiş polis işçisi, Daxili İşlər Nazirliyi Tikinti Quraşdırma İdarəsinin sabiq rəisi Adil Ağayev haqqında səsləndirilən iddialarla bağlı Ölkə.Az-a açıqlama verib.

Ağayev bildirib ki, qarşı tərəf onun səhhətində ciddi problemlər yaradıb:

"Mənim onların yazdıqlarını oxumaq fikrim yoxdur. Xəstəyəm, şəkər adamam, hipertonikəm. Onlar məni iflic ediblər. Onların əlindən xəstəlik tapmışam. Bu adamlar məni dörd ildir işimdən qovdurublar, pullarımı da yeyiblər. Rəhmətlik Bəxtiyar pulumu yeyib, əmisi oğlu pulumu aparıb. Niyə müraciəti hüquq-mühafizə orqanlarına etməyiblər? Bu iş araşdırılıb, üş dəfə məhkəmə olub.

Dörd ildir xəstəliyimlə əlaqədar işdən çıxmışam, həmin idarəni də ləğv ediblər. Rütbəm də yanlış göstərilib. Heç kəsi həbs etdirmək fikrim yoxdur. Sadəcə, dedim ki, son dəfə əlimlə sənə verdiyim pulu geri qaytar. Onlar da məndən nazirə teleqram teleqramın ardınca vurdular. Nazir məni çağırıb dedi ki, get, özünü müdafiə elə, yekə kişisən. Yoxlama aparıldı, hamını dindirdilər və gördülər ki, heç bir günahım yoxdur. Prokurorluq da bu işlə məşğul oldu. Sadəcə, bunlar ortaya düşüblər ki, Adili qorxudaq, şantaj edib, pul alaq. Adilin bu gün şantaj olunmağa, pul verməyə halı yoxdur. Məni elə vəziyyətə salıblar ki, Allah özü bilsin.

Axırda məcbur olub məhkəməyə vermişəm. Şahidin də adını özləri çəkiblər. Onun həyat yoldaşı da gəlib şahidlik ediblər. Məhkəmə sübut edib ki, son məqamda mənim ona verdiyim pulu aparıb Bəxtiyara verməyib. Pulu götürüb aradan çıxıb, maşınlar alıb. O adam öldü, Allah rəhmət eləsin. Mənə ata deyib, böyük kimi hörmət etmişəm, mənəvi atası olmuşam. Dörd dəfə məhkəmə olub. Bu izahatlar hüquq-mühafizə orqanlarında da var. Bu gün Elnur Məmmədovun mənə 200 min borcu var. Şahid var, məhkəmə sübut edib, pulumu qaytarsın da. Bayaq sizinlə danışan da həyat yoldaşım olub. Özünü katibəm kimi təqdim edib".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub