Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Xalq Artisti Hüseynağa Sadıqovun xatirəsi anılıb

05:18  |    15 Mart 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan Dövlət Musiqili Teatrında Xalq Artisti Hüseynağa Sadıqovun xatirəsinə həsr olunmuş tədbir təşkil olunub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə unudulmaz aktyorun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş edilib.


Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı gecədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev və aktyorun sənət dostları çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik H.Sadıqovun həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbir çərçivəsində aktyorun rol aldığı tamaşa və filmlərdən fraqmentlər təqdim edilib.

Sonda görkəmli sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, sənətdə 50 ildən çox xidmətləri olan aktyor “Əfilər”, “Xasay”, “El oğlu”, “Bir saat xəlifəlik”, “Müfəttiş”, “Evlənmə”, “Bəxtsiz cavan”, “Yaşar”, “İki ağanın bir nökəri”, “Qar Kraliçası”, “Tamahkar”, “Ovod” və onlarla digər səhnə əsərində yaratdığı obrazlar qalereyası ilə tamaşaçı yaddaşında dərin iz buraxıb.

Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də Bakıda vəfat edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.06.2019
Alim Qasımov kilsədə azan oxudu (VİDEO)
15.06.2019
Nəsimini sevən qadın necə öldü? - Faciəli tale
11.06.2019
Fuad Poladovun oğlu evləndi - Foto
08.06.2019
“Bütün qohumlarım məndən üz döndərdi” - Mübariz Tağıyev
07.06.2019
Yaşar Nurinin SON GÜNÜ: “Yatanda dedi ki...”