Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Ermənistan beynəlxalq hüquq normalarının tələblərini su sahəsində də kobud şəkildə pozur

16:00  |    15 Mart 2017  |   E-mail  |  Çapa göndər

Ermənistan beynəlxalq hüquq normalarının tələblərini su sahəsində də kobud şəkildə pozur.

AZƏRTAC xəbər verir ki, bunu martın 15-də “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında keçirilən I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində təşkil olunan “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfransda "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov deyib.

O bildirib ki, Ermənistanın təcavüzü nəticəsində işğal zonasında qalan Sərsəng su anbarı baxımsız hala düşüb, onun ehtiyatlarından kortəbii və siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrə beynəlxalq təşkilatlarda məsələ qaldırıb və narahatlığını ifadə edib. Avropa Şurası Parlament Assambleyasının 26 yanvar 2016-cı il tarixli "Azərbaycanın sərhəd rayonlarının qəsdən sudan məhrum edilmiş sakinləri" adlı qətnaməsində Sərsəng su anbarının, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə beynəlxalq nəzarətin təmin edilməsi, Ermənistan hakimiyyətindən su resurslarından “siyasi təsir və ya təzyiq aləti kimi” istifadəyə son qoyması kimi tələblər yer alıb.

Qeyd edək ki, Su Həftəsində 40-dək ölkədən Azərbaycana gələn dövlət və özəl qurumları, elmi mərkəzləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Elmi-praktiki konfrans Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas
19.09.2019
"Qafqaz Neoliti" filminin təqdimatı keçirilib
19.09.2019
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib- SİYAHI
19.09.2019
Misir Mərdanov: Nə altımda milyardlar var, nə üstümdə... - Video
19.09.2019
Sabahın havası: Rayonlarda leysan yağacaq