Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Novxanı-Pirşağı yolu yenidən qurulur

15:00  |    15 Mart 2017  |   E-mail  |  Çapa göndər

Bu il 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrinin icra olunması ilə bağlı dövlət başçısının tapşırığına əsasən “Azəravtoyol” ASC tərəfindən ölkə boyu işlərə start verilib. ASC-dən Lent.az-a verilən məlumata görə, sözügedən yolların sürətlə, texnoloji ardıcıllığa riayət olunmaqla və ən əsası yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün cəmiyyət bütün qüvvəsini səfərbər edib.

Bu layihələrin biri də Abşeron yarımadasının şimal hissəsində gerçəkləşdirilir. Söhbət sahil boyu salınan və 12.7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolundan gedir.

Sahil yolu bəzi ərazilərdə mövcud yolu genişləndirməklə, bəzi ərazilərdə isə yeni tras üzrə inşa olunur. Bunun üçün yeni yolun keçdiyi ərazilərə, xüsusən çökəklik sahələrə karbonat materialı tökülüb kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bundan başqa yol boyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb.

Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaq. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərmiş olacaq.

Xatıqladaq ki, Novxanı-Pirşağı avtomobil yoluna birləşən və uzunluğu 14 km olan Binəqədi-Novxanı-Corat avtomobil yolunun da hazırda tikintisi aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub