Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

Tanınmış rejissor, kinoşünas alim Aydın Dadaşov vəfat etdi

14:53  |    15 Mart 2017  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ -ın əldə etdiyi məlumata görə, Azərbaycan kinoşünası, kinodramaturq, rejissor, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşov vəfat edib.

Aydın Ərşad oğlu Dadaşov -1 mart 1952-ci ildə Ağdamda anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib.

Onun yazdığı “Dramaturgiya”, “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı”, “Ekran publisistikası”, “Televiziya reklamı”, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”, “Kinoşünaslıq”, “Rejissorluğun üslub problemləri”, “Müasir Azərbaycan dramaturgiyası” dərslikləri, “İran kinosunun inkişaf təmayülləri” monoqrafiyası tədris prosesində geniş istifadə olunur.

1975-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayan Aydın müəllimin onlarla filmin ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub.

Allah rəhmət eləsin!
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.10.2019
“26”lar kafesinin sahibinin oğlu niyə bıçaqlanıb?
20.10.2019
Sabahın hava proqnozu açıqlanıb
19.10.2019
Mətbuat Şurası jurnalistlərə və hüquq-mühafizə orqanlarına müraciət edib
19.10.2019
BŞBPİ: Qanunsuz aksiyada 60 nəfər saxlanılıb, onlardan 42-si xəbərdarlıq edilərək buraxılıb
19.10.2019
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub - YENİLƏNİB